Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib

ID:

23.11.2021 17:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlirləri 180 375 536,0 manat, xərcləri isə 180 375 536,0 manat məbləğində təsdiqlənib.