Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında İsrail gimnastı Artyom Dolqopyat sərbəst hərəkətlərdə qızıl medal qazanıb.
×
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında İsrail gimnastı Artyom Dolqopyat sərbəst hərəkətlərdə qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, gimnastın final mərhələsində çıxışı 14,700 xalla qiymətləndirilib.
Qazaxıstanlı Milad Kərimi 14,300 xalla gümüş, İrlandiya idmançısı İmon Montqomeri isə 14,066 xalla bürünc medala sahib olublar.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 7 manat təşkil edir. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.