İşğaldan azad olunmuş torpaqlarda 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb, bu rəqəmin növbəti mövsüm daha da artacağı gözlənilir.
×
İşğaldan azad olunmuş torpaqlarda 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb, bu rəqəmin növbəti mövsüm daha da artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Şuşada Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, eyni zamanda, nazirlik tərəfindən ötən il ilk dəfə Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə dair pilot layihə icra olunub. Bu il isə layihənin miqyası genişləndirilib, yaylaq mövsümündə Laçın və Kəlbəcərlə yanaşı, Qubadlı, Cəbrayıl, Füzuli və digər rayonlara heyvandarlıq təsərrüfatlarının köçürülməsi təmin edilib