Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İnam Kərimov Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib

ID:

19.02.2022 12:50 / İDMAN

Foto : AZƏRTAC / İlqar Cəfərov

Fevralın 19-da Gənclər və İdman Nazirliyində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.