Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İmişlidə bu günədək 3 min tondan çox meyvə yığılıb

ID:

07.08.2020 12:55 / REGİONLAR

İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 784 hektar meyvə bağından 10 min 73,2 ton meyvə tədarük ediblər.