Prezidenti İlham Əliyev 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.
×
Prezidenti İlham Əliyev 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Həmin fərmanda hakim ştatlarının sayının artırılması nəzərdə tutulub. Hakimlərin Seçki Komitəsi vakant yerlərin doldurulması ilə bağlı seçim prosesinə başlayıb. Biz bu prosesi mərhələli şəkildə aparırıq.
AZƏRTAC xəbər verir ki, bunu Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev sentyabrın 15-də hakimliyə namizədlər üçün Dövlət İmtahan Mərkəzində keçirilən yazılı imtahanla bağlı jurnalistlərə müsahibəsində deyib.
Bildirib ki, bu gün beşinci mərhələnin imtahan prosesi keçirilir. İlkin olaraq namizədlərin sənədlərinin qəbulu aparılıb. 200 nəfər sənəd verdikdən sonra onlar artıq birinci test imtahanına buraxılıb. Test imtahanından sonra növbəti imtahan aparılır. Artıq beşinci seçim mərhələsi təşkil olunur. Birinci, ikinci seçim mərhələlərinin nəticəsinə görə artıq təyinatlar olub və onların müvafiq məhkəmələrdə çalışırlar. Birinci 44, sonra isə 39 nəfər artıq hakimlər vəzifəsinə təyin olunub. Üçüncü seçim mərhələsinin nəticəsinə görə artıq sonuncu imtahanlar keçirilir. Ola bilər, noyabrda imtahan prosesi qurtararsa, onların da təyinatı aparılacaq. Dördüncü seçim mərhələsi üzrə test və şifahi yazılı imtahan keçirilib. Onlar növbəti imtahan mərhələsinə - şifahi imtahan mərhələsinə buraxılıblar.
“Bugünkü beşinci seçim mərhələsi üzrə test imtahanı aparılıb. Bu gün biz həmin namizədlərlə ikinci - yazılı imtahanı keçiririk. Biz hesab edirik ki, Hakimlərin Seçki Komitəsi vakant yerlərin doldurulması ilə bağlı öz işini buna uyğun olaraq davam etdirərək sona çatdıracaq”, - deyə İman Nağıyev vurğulayıb