Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İlqar Rəhimov: Bu il Azərbaycan Milli Paralimpiya Komitəsi üçün uğurlu olub

ID:

28.12.2022 16:25 / İDMAN

Foto : AZƏRTAC / Roman İsmayılov

Dekabrın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2022-ci ildəki fəaliyyətinin yekunları müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bu ilin Komitə üçün uğurlu olduğunu diqqətə çatdırıb.