BMT-nin miqrasiya agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) fevralın 21-də ilkin yardım tərəfləri üçün insan alveri qurbanlarının müəyyənləşdirilməsi üzrə təlimə start verib.
×

AZƏRTAC xəbər verir ki, təlim BMqT-nin ölkəmizdəki nümayəndəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində reallaşdırdığı və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirin açılışında BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev layihə ilə bağlı məlumat verərək deyib ki, insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə və məlumatlandırma işlərinin mütəmadi aparılmasının vacibliyini vurğulayıb.
Nümayəndəliyin əməkdaşı, layihə üzrə baş köməkçi Anar İsgəndərov BMqT-nin insan alverinə qarşı mübarizə sahəsində fəaliyyəti, görülən işlər barədə təqdimatla çıxış edib.
Sonra təlimdə məruzələr dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.
Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də qatıldıqları təlimlər fevralın 23-dək davam edəcək.