Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

ID:

09.05.2024 13:30 / İDMAN

Foto : AZƏRTAC / İlqar Cəfərov

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Balakən Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbini 24 qadın və 29 kişi olmaqla ümumilikdə 53 idmançı təmsil edir.