Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyulun 13-də imtahanların keçirildiyi 263 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.
×

AZƏRTAC xəbər verir ki, mediatur iştirakçılarına müəllimlərin işə qəbulu imtahanları barədə məlumat verilib. Bildirilib ki, müsabiqəsinin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub.
Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, imtahanlarda riyaziyyat fənni üzrə 4 400, fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd, tarix və coğrafiya fənləri üzrə 6353, informatika, fizika və fransız dili fənləri üzrə 6627 namizəd iştirak edib.
Əlli səkkiz minə yaxın namizədin iştirak edəcəyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər