Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edir, dahi şəxsiyyəti qürurla anır.
Bu sözləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Qürur Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova deyib.
×

“Ulu Öndərimiz Azərbaycanı bütün dünyaya tanıtdı. Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatımızın dirçəlməsində, ölkəmizin adət-ənənələrinin, mədəniyyətimizin beynəlxalq aləmdə təbliğində müstəsna rolu olub. Ulu Öndərin layiqli davamçısı kimi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində xalqımızın birliyini, qəhrəmanlığını, Ordumuzun gücünü dünyaya tanıtmaqla Ümummilli Liderin siyasətini, tutduğu müqəddəs yolu, ata vəsiyyətini yerinə yetirdi. Bizim də borcumuzdur ki, bu gün ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək dahi şəxsiyyət qarşısında mənəvi borcumuzu ödəyək”, - deyə ictimai birliyin sədri qeyd edib.