Bu gün həm qürurlu, şərəfli, eyni zamanda, kədərli bir gün yaşayırıq. Ona görə qürurlu və şərəfli gündür ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilib.
×
Bu gün həm qürurlu, şərəfli, eyni zamanda, kədərli bir gün yaşayırıq. Ona görə qürurlu və şərəfli gündür ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilib. Artıq azad Şuşaya, Qarabağa səfər edə bilirik. Kədər hissi isə şəhidlərimizə, viran qoyulmuş yurd yerlərimizə görədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin.
Bu sözləri AZƏRTAC-ın Şuşa şəhərinə ezam olunmuş müxbirinə “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev deyib.
“Biz həm Şuşada, həm də yol boyu digər bölgələrdə böyük dağıntıların şahidi olduq. İşğaldan azad olunmuş torpaqlarımızda tarixi və mədəni abidələrimizə qarşı böyük vandallıq törədilib. Bu tarixi və mədəni abidələrimizin təbliği ilə bağlı üzərimizə ciddi vəzifələr, məsuliyyət düşür. Həm burada olan tarixi abidələrimizi, həm mədəni abidələrimizi, eyni zamanda, dağıntıları dünya ictimaiyyətinə çatdırmalıyıq”, - deyə Z.Quliyev vurğulayıb