Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev jurnalistlərə açıqlamasında deyib.
×
Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev jurnalistlərə açıqlamasında deyib.
“Hazırda insanların əhval-ruhiyyəsi çox yüksəkdir. Belə şeylər bizi qorxuda bilməz. Biz qələbəyə və Ordumuza inanırıq. Hər kəs bilməlidir ki, biz arxa cəbhədəki əsgərlərik və hazırda hər şey yaxşıdır. Düşmən düşünməsin ki, bu cür şeylərlə bizi qorxuda bilər, əksinə, bizim onlara nifrətimiz daha da artır", - deyə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı bildirib.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin əməkdaşları oktyabrın 29-da Bərdəyə səfər ediblər. Səfərin məqsədi diplomatları oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.
Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində aralarında 7 yaşlı uşaq da olmaqla, 5 nəfər mülki şəxs həlak olub, 10-a yaxın dinc sakin yaralanıb. Ondan bir gün sonra - oktyabrın 28-də yenidən düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.