Azərbaycanda, xüsusilə də Qarabağda zəngin Alban irsi mövcuddur. Həmin əraizlərdə tarixi abidələr, xristian kilsələri yerləşir.
×
Azərbaycanda, xüsusilə də Qarabağda zəngin Alban irsi mövcuddur. Həmin əraizlərdə tarixi abidələr, xristian kilsələri yerləşir. Azərbaycan bu mədəni irsin varisidir. Alban kilsəsinin varisləri, dini varisləri Alban-udi icmasıdır. Ermənilər bu tarixi öz adlarına çıxarmaq istəyir. Amma onların Azərbaycanda nə kilsələri, nə də abidələri var.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alban-Udi Xristian İcmasının sədri Robert Mobili deyib. Onun sözlərinə görə, həmin xristian mədəni irs nümunələri Alban kilsəsinə məxsusdur: “Bu tarix Azərbaycana zəngin irs saxlayıb. Alban kilsəsini Azərbaycanda bərpa etməliyik. Tarixi həqiqət bərpa olmalıdır. Bu gün Alban-Udi Xristian Dini İcmasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Heydər Əliyev Fondu, sıravi Azərbaycan vətəndaşı tərəfindən böyük dəstək var. Bizə ən böyük dəstək Prezident İlham Əliyev tərəfindən göstərilir. Prezident Qarabağda çıxışı zamanı bildirdi ki, kilsələr bərpa olunacaq. İcma olaraq tez-tez işğaldan azad olunmuş ərazilərdə kilsələri ziyarət edirik. Məqsəd o kilsələrin varislərinin var olduğunu göstərməkdir. Bu varis Azərbaycandır”.