İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) milli komissiyalarının iştirakı ilə “COVID-19-dan sonra dünya: elm, təhsil, mədəniyyət sahələrində prioritetlər və prosedurlar” mövzusunda virtual iclas keçirilib.
×

AZƏRTAC xəbər verir ki, təşkilatın baş direktoru Malik əl-Salimin sədrliyi ilə keçirilən iclasda təşkilatın 56 ölkədəki milli komissiyaları, o cümlədən ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, həmçinin Ərəb Qadın Fondunun prezidenti, şahzadə Doaa bint Məhəmməd Əzzat, BMT-nin sülh elçisi, professor Rəşid Yazami, ekspertlər və alimlər iştirak ediblər.
İclasda təşkilata üzv ölkələrin postpandemiya dövründə elm, təhsil və mədəniyyət sahələrində həyata keçirəcəkləri tədbirlər, texnoloji vasitələrdən, xüsusən süni intellektdən istifadə, əməkdaşlıq məsələləri müzakirə olunub. ICESCO-nun Baş direktoru əmin olduğunu bildirib ki, milli komissiyalar yeni layihələrin hazırlanması və reallaşdırılmasında aparıcı rol oynayacaq. Onun sözlərinə görə, bu məqsədlə milli komissiyaların fəaliyyətinin tənzimlənməsinə dair nizamnamə hazırlanır və artıq üzv ölkələrlə 30 kontrakt imzalanıb.