Sentyabrın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), “Çinar yayımları” və “Təhsil” nəşriyyatının təşkilatçılığı ilə İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu keçirilib.
×
Sentyabrın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), “Çinar yayımları” və “Təhsil” nəşriyyatının təşkilatçılığı ilə İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda, elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaqdır.
Forumda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 1870-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.
Tədbirdə çıxış edən “Çinar yayımları” nəşriyyatıının təsisçisi Bəhram Oruclu təhsil sistemində ibtidai təhsilin rolu və forumun müəllimlərə verəcəyi töhfələr barəsində məlumat verdikdən sonra “Çinar yayımları” və AGMA haqqında təqdimat edib.
Daha sonra spikerlər müəllimlərin inkişafına dəstək olmaq, onları maarifləndirmək üçün maraqlı mövzularla çıxış ediblər. Spikerlərin çıxışları ibtidai sinif müəllimlərinə peşələrinə müxtəlif istiqamətlərdən yanaşmasına və yeni, faydalı məlumatlar almasına kömək edib.
Bu forum vasitəsilə müəllimlər təhsil sahəsində daha böyük nailiyyətlərə nail olmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün bir araya gəliblər. Müəllimlərin təcrübələrini bölüşməsi və əməkdaşlıq etməsi təhsil sahəsində inkişaf üçün böyük əhəmiyyət daşıyır.