Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb

ID:

21.08.2020 14:45 / ELM VƏ TƏHSİL

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilib.