Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Hikmət Hacıyev: Gəncənin raket atəşinə tutulması Ermənistanın dünya ictimaiyyətinə qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir

ID:

11.10.2020 13:30 / CƏBHƏ XƏBƏRLƏRİ

Foto : AZƏRTAC / İlqar Cəfərov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində çoxmənzilli yaşayış binasının dağıldığı ərazidə olublar.