Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Hikmət Hacıyev: Əminik ki, Türkiyə regionda davamlı sülhün təmin edilməsi prosesinə əsaslı töhfəsini verəcək

ID:

10.10.2020 16:30 / SİYASƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Qardaş Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi artıq masadadır.

AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında bildirib.