Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib

ID:

22.04.2022 16:10 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Tofiq Babayev

Aprelin 22-də Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!” devizi altında “Oxu günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.