Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri - Azərbaycan” filminin təqdimatı olub

ID:

29.09.2022 23:00 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Sentyabrın 29-da Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ edən yeni layihə ictimaiyyətə təqdim edilib.

Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı ilə hazırlanan “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin Heydər Əliyev Mərkəzində premyerası olub.