Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2023”ə start verilib

ID:

07.05.2023 10:15 / İDMAN

Foto : AZƏRTAC /Roman İsmayılov

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2023” keçirilir. 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir.