Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib

ID:

07.05.2023 18:10 / İDMAN

Foto : AZƏRTAC / Tofiq Babayev, Roman İsmayılov

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib.

AZƏRTAC xəbər verir ki, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplaması ilə seçilir.