Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub

ID:

21.04.2026 19:10 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC

Aprelin 21-də Nizami Kino Mərkəzində “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, “Harmony of Chaos” animasiya və vizualizasiya studiyası və “BBQ Marketing and Events” Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmi tamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparır.