Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Həmvətənlərimizin Qazaxıstandan Azərbaycana yola salınması davam etdirilir

ID:

07.08.2020 14:05 / CƏMİYYƏT

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə yola salınması istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 33 vətəndaş Azərbaycana yola salınıb.