Hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 tənha ahıl və ya əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir.
×
Hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 tənha ahıl və ya əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir. Həmin vətəndaşlardan 4326-sı ahıl, 615-i isə 70 yaşadək olan, tənha yaşayan şəxslərdir. Evdə sosial-məişət xidməti göstərilən 4941 vətəndaşın 821-i əlilliyi olan şəxslərdir.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.
V.Behbudov bildirib ki, hazırda 739 sosial xidmətçi və 27 sosial agent tərəfindən 4941 nəfər vətəndaşa evdə sosial-məişət xidməti göstərilir.