"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Hadrutda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
×

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkiyə və Özbəkistan energetiklərindən ibarət komandalar iştirak edib.
Qardaş ölkə Türkiyə “Uludağ” və “Başkənt" komandaları ilə tədbirə qatılıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” I Beynəlxalq Peşə Ustalığı Yarışmasının ikinci günündə - oktyabrın 20-də iştirakçılar peşə bacarıqlarını nümayiş etdiriblər.
İntellektual və texniki yarışların nəticəsinə görə 4 ölkə qalib olub. Belə ki, birinci yeri Azərbaycan energetikləri qazanıb. İkinci yeri isə Qazaxıstan və Özbəkistan komandaları bölüşüb. İlk üçlüyü isə Özbəkistan komandası tamamlayıb.
Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə kubok və diplomla mükafatlandırılıb. Tatarıstan Elektrik Şəbəkələri Şirkətinin baş direktoru İlşat Fardiyevin təklifi ilə Beynəlxalq Peşə Ustalığı Yarışması növbəti il Tatarıstanda təşkil olunacaq.
Qeyd edək ki, oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür.