Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Günay Səlimzadə: Düşmənin dinc əhalini hədəfə alması nəticəsində həlak olan 24 mülki şəxsdən 5-i qadın, 3-ü uşaqdır

ID:

05.10.2020 12:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Sentyabrın 27-də saat 06:00 radələrindən başlayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir.