Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Güc idman növləri üzrə Azərbaycan kuboku yarışına start verilib

ID:

15.10.2022 15:10 / İDMAN

Foto : AZƏRTAC / Tofiq Babayev

Oktyabrın 15-də Bakı Su İdmanı Sarayında güc idman növləri üzrə Azərbaycan kuboku yarışına start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Stronqmen Federasiyasının (ASF) təşkilatçılığı keçirilən turnirdə idmançılar “strict curl” və “streetlifting” üzrə yarışlarda güclərini sınayacaqlar.