Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin 75 illiyi qeyd olunub

ID:

07.05.2022 21:40 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib.