Azərbaycan milli komandasının üzvü İvan Tixonov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının turnik yarışlarında proqramını icra edib.
×
Azərbaycan milli komandasının üzvü İvan Tixonov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının turnik yarışlarında proqramını icra edib.
AZƏRTAC xəbər verir ki, gimnastımızın çıxışı 13,366 xalla qiymətləndirilib və idmançımız hazırda yeddinci pillədə yer alıb.
Turnik yarışlarında təsnifat mərhələsinə Karlo Macçini liderlik edir. Onun hesabında 14,300 xal var.
Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simonov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.