Azərbaycan təmsilçisi Arzu Cəlilova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında uğurlu çıxışını davam etdirir.
×
Azərbaycan təmsilçisi Arzu Cəlilova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında uğurlu çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, gimnastımızın halqa ilə təsnifat çıxışı hakimlər tərəfindən 32,050 xalla qiymətləndirilib.
Hazırda idmançımız təsnifat mərhələsində birinci pillədə qərarlaşıb.
Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.
Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.