Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Füzulisiz keçən 27 il...

ID:

23.08.2020 07:30 / REGİONLAR

Avqustun 23-ü Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günüdür. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar.