Azərbaycan əsgəri ilə üz-üzə döyüşməkdən qaçan erməni faşistləri mülki əhalini hədəf almaqda davam edirlər.
×
Azərbaycan əsgəri ilə üz-üzə döyüşməkdən qaçan erməni faşistləri mülki əhalini hədəf almaqda davam edirlər. Bu təxribatın törədilməsində məqsəd dinc sakinləri təşvişə salmaqdır.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, hədəf alınan yaşayış məntəqələrimiz arasında Füzuli rayonunun kəndləri də var. Düşmən bu gün yenidən Füzulidə dinc sakinlərin məskunlaşdığı kəndləri ağır artilleriyadan atəşə tutub, evlər dağılıb, infrastruktura ciddi ziyan dəyib.
Kənd sakinləri bildirirlər ki, əsgərlərimiz düşmənə layiqli cavab verirlər. Öz mövqelərini, silah-sursatlarını, hərbi texnikalarını atıb qaçan ermənilər təşviş içində dinc sakinləri hədəf alırlar.
Mərmilər evlərə ciddi ziyan vursa da, sakinlər qorxmurlar və Azərbaycan Ordusuna güvənirlər. Onlar, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşada, Xankəndidə üçrəngli bayrağımızı dalğalandıracağına əmindirlər.
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.