Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Rayonda aparılan dezinfeksiya tədbirləri ilə yanaşı əhali arasında maarifləndirmə tədbirləri də gücləndirilib.
×
Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Rayonda aparılan dezinfeksiya tədbirləri ilə yanaşı əhali arasında maarifləndirmə tədbirləri də gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaradılmış 4 nəzarət qrupu tərəfindən ərazidə yerləşən ictimai-iaşə obyektlərində, mağazalarda, bərbərxanalarda və digər məkanlarda, eyni zamanda, yas yerlərində monitorinqlər keçirilir, vətəndaşlara karantin qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur, qayda pozuntusuna yol verən obyekt sahiblərinə xəbərdarlıqlar edilir, ciddi nöqsanı olan obyektlər bağlanır.
Eyni zamanda, rayon ərazisində maarifləndirmə tədbirlərini həyata keçirmək üçün yaradılmış mobil qruplar da mütəmadi olaraq əhali arasında söhbətlər aparır, onlara maskadan istifadə etmək, məsafə saxlamaq, gigiyena qaydalarına ciddi riayət etmək tövsiyə olunur. Növbəti maarifləndirmə tədbirləri rayonun Əhmədbəyli, Qarabağ, Bala Bəhmənli, Araz Zərgər, Araz Dilağarda, Mahmudlu-1, Mahmudlu-2 kəndlərində və məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrində, 400 evlik yeni qəsəbədə həyata keçirilib. Söhbət zamanı mobil qrup üzvləri sakinləri məsuliyyətli davranmağa, özlərinin və ətrafındakıların sağlamlığına biganə qalmamağa çağırıblar.
Sakinlər onlar üçün yaradılmış hər cür şəraitə və sağlamlıqlarının qeydinə qaldıqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.