Bu gün turizm sənayesinin inkişafı yolunda mühüm addım atılır ilk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırılması prosesinə başlanılıb.
×
Bu gün turizm sənayesinin inkişafı yolunda mühüm addım atılır ilk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırılması prosesinə başlanılıb. Bələdçilik vacib bir peşədir. Bələdçilik turizmin inkişaf zəncirində ən əsas amillərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Artıq yeni turizm qanunu hazırlandığını deyən Fuad Nağıyev bildirib ki, bu sənəd Milli Məclisin müzakirəsinə təqdim olunub. Yeni qanunda turizm bələdçilərinin sertifikatlaşması da əksini tapıb. Eyni zamanda, yeni qanuna əsasən yaradılacaq turizm reyestrində bələdçilərin də reyestri aparılacaq. Bunlar ölkə turizm inkişafına təkan verəcək vacib amillərdir.