Elçin Əsədov dünyada məşhur velosipedçilərdən biridir və hətta deyərdim ki, top 25-likdədir. Belə idmançının həyatını işıqlandırmaq və ictimaiyyətə tanıtmaq böyük şərəfdir.
×
Elçin Əsədov dünyada məşhur velosipedçilərdən biridir və hətta deyərdim ki, top 25-likdədir. Belə idmançının həyatını işıqlandırmaq və ictimaiyyətə tanıtmaq böyük şərəfdir. Düşünürəm ki, hər bir azərbaycanlı həyatda uğur qazanmış insanları tanımalı və belə insanlar vasitəsilə özlərinə həyat məqsədi seçməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Uğurlar - Elçin Əsədov” filminin ssenari müəllifi Zəhra Quliyeva jurnalistlərə müsahibəsində bildirib.
Qeyd edib ki, filmi çəkməkdə əsas məqsədi idmançımızın keçdiyi həyat yolunu, qazandığı uğuru göstərməkdir. “Elçin Əsədov elə bir idmançıdır ki, 35 illik ömründə idman sahəsində yetərincə iz buraxıb. Biz Elçin Əsədovla uzun illərdir ki, dostuq. Düşündüm ki, onun həyatını işıqlandırmaq bizim komandamız üçün maraqlı olar. Filmin yaradıcı heyətinin işini qiymətləndirməyi isə tamaşaçıların ixtiyarına buraxırıq”, - deyə Zəhra Quliyeva əlavə edib