Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

FHN-in üçüncü yanğın-xilasetmə qrupu qardaş ölkədə böyük coşqu ilə qarşılanıb

ID:

06.08.2021 19:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu yerli əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.