Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

FHN-in Türkiyəyə yollanan növbəti yanğın-xilasetmə qrupu qardaş ölkənin ərazisinə daxil olub

ID:

06.08.2021 17:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 6-da saat 16 radələrində Türkiyə ərazisinə daxil olub.