Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə mediatur təşkil olunub

ID:

11.06.2021 15:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sənaye obyektlərində yeni texnologiyaların tətbiqi zamanı nəzarət fəaliyyətinin səmərəliliyinin artırılması, təhlükə törədə biləcək halların qabaqcadan proqnozlaşdırılması, profilaktik tədbirlərin görülməsi istiqamətində ardıcıl işlər görülür.