Fövqəladə Hallar Nazirliyinin (FHN) minaaxtaran itlər qrupu işğaldan azad olunmuş ərazilərdə xüsusi təlim keçmiş itlərlə və təlimçilərlə birgə genişmiqyaslı axtarış işlərinə cəlb olunub.
×
Fövqəladə Hallar Nazirliyinin (FHN) minaaxtaran itlər qrupu işğaldan azad olunmuş ərazilərdə xüsusi təlim keçmiş itlərlə və təlimçilərlə birgə genişmiqyaslı axtarış işlərinə cəlb olunub. İtlərdən istifadə minatəmizlə işini asanlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji taborunun kinoloqu, gizir Ağamehdi Hüseynli jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, istehkamçılarla birgə minaların aşkarlanması və zərərsizləşdirilməsi işləri fasiləsiz həyata keçirilir.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov isə qeyd edib ki, Xidmətin minalardan təmizləmə alayı minatəmizləmə əməliyyatlarına qoşulub. Əməliyyatlar uğurla həyata keçirilir. Minatəmizləmə əməliyyatlarına şəxsi heyətlə birgə xüsusi təlim keçmiş itlər də cəlb olunub.
“Biz əsasən su hövzələrinin ətrafını minalardan təmizləyirik. Fəaliyyətimizin əsas məqsədi yerli əhalinin ata-baba yurdlarına tezliklə geri qaytarmaqdır”, - deyə Ə.Süleymanov vurğulayıb.