Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış nazirliyin struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı yarışlarda, o cümlədən Dünya, Avropa çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak ediblər.
×

Əvvəlcə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev cari ildə nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.
Sonra FHN-in İdman-sağlamlıq klubunun fəaliyyətini əks etdirən film nümayiş olunub.
Daha sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək İdman-sağlamlıq klubunun kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda 2022-ci ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İdman-sağlamlıq klubunun təsis etdiyi müvafiq dərəcəli kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin nazirliyin müvafiq struktur rəhbərliyinə qazanılan yüksək nəticələrə və idmançılara göstərdikləri dəstəyə görə xatirə plaketləri təqdim edilib.
Tədbirdə mətbuat nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlıq və xidmətlərinə görə təltif olunublar. Mükafatçılar arasında AZƏRTAC-ın əməkdaşı da var.