Azərbaycan brendi olan DOST mərkəzləri insanların sosial rifah halının yaxşılaşdırılmasında vacib rol oynayır.
DOST mərkəzləri əhalinin məşğulluq problemlərinin həll edilməsi istiqamətində özünəməxsus fəaliyyət göstərir.
×
Azərbaycan brendi olan DOST mərkəzləri insanların sosial rifah halının yaxşılaşdırılmasında vacib rol oynayır.
DOST mərkəzləri əhalinin məşğulluq problemlərinin həll edilməsi istiqamətində özünəməxsus fəaliyyət göstərir. Sahibkarlığın stimullaşdırılması, məşğulluğun təmin edilməsi prioritetlərimizdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov TÜRKPA-nın "Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən seminarında deyib.
O bildirib ki, mərkəz fəaliyyət göstərdiyi 3 il ərzində insanların böyük rəğbətini qazanıb. İnsanlar mərkəzin fəaliyyətindən 98 faiz məmnundurlar.
Fərid Məmmədov bu istiqamətdə işlərin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.