Hibrid müharibəyə qarşı mübarizə aparmaq bizdən yeni yanaşmalar və fəallıq tələb edir.
Ölkədə fəaliyyət göstərən ingilis dilli jurnalistlərə təlimlər keçirilməsi və dünyanın nəhəng media orqanlarının işi ilə tanış olmaq, təcrübələrindən yararlanmaq lazımdır.
×

AZƏRTAC xəbər verir ki, bu fikirləri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə fevralın 14-də keçirilən “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru" adlı kitabın təqdimat mərasimində söyləyib.
Prorektor bildirib ki, beyin mərkəzlərində tədqiqatçıların sayının və peşəkarlığının artırılması çox vacibdir.
Onun sözlərinə görə, sosial şəbəkələrdə saxta və feyk hesabların bir-birindən ayırd edilməsi ilə bağlı ali təhsil müəssisələrində xüsusi fənnin tədris olunması yaxşı olardı və bizi müəyyən mənada dezinformasiyadan qorumuş olardı.