Azərbaycanın beynəlxalq aləmdə fəal fəaliyyəti və artan nüfuzu hər kəsə məlumdur. Ölkəmizin fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
×
Azərbaycanın beynəlxalq aləmdə fəal fəaliyyəti və artan nüfuzu hər kəsə məlumdur. Ölkəmizin fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə fevralın 10-da “Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası” konfransında çıxışı zamanı deyib.
Prorektor belə tədbirlərin gənclərin daha da fəallaşmasında əhəmiyyətini qeyd edərək bildirib ki, Azərbaycanda gənclər siyasətinə böyük önəm verilir və prioritet sahələrdən biri kimi müəyyən edilib.
Gəncləri bu cür müzakirələrə həvəsləndirməyin və onlara stimul verməyin çox mühüm olduğunu vurğulayan F.İsmayılzadə deyib: “Biz hamımız təhsil sisteminin təkmilləşdirilməsi, gənclərin təhsilinin, həyat səviyyəsinin yaxşılaşdırıması üçün buradayıq və mütəxəssislərin fəaliyyətinə çox inanırıq. Tələbələr üçün təhsildən əlavə maraqlı layihələr də vacibdir”.
Prorektor əlavə edib ki, bura könüllülük təcrübəsi, təşkilatlar, fəaliyyətdən zövq almaq, liderlik bacarıqları, komandada iş, şəbəkədaxili işləmək, əlaqələr qurmaq bacarıqları da daxildir.