Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ermənistan ordusunun Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb

ID:

30.09.2020 15:20 / CƏBHƏ XƏBƏRLƏRİ

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.