Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ermənistan hərbçilərinin Azərbaycanın dinc əhalisinə qarşı təxribatları ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb

ID:

14.07.2020 16:05 / CƏMİYYƏT

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq üçün növbəti hərbi təxribat törətməklə iriçarplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə edib mövqelərimizi atəşə tutmaqla hücuma keçməyə cəhd göstəriblər.