Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Erməni hərbçilərinin müharibə cinayətləri davam edir – Bərdədən görüntülər

ID:

05.10.2020 14:25 / CƏBHƏ XƏBƏRLƏRİ

Foto : AZƏRTAC / Roman İsmayılov

Erməni silahlı qüvvələri bu gün yenidən Beyləqan, Bərdə və Tərtər şəhərlərində dinc sakinləri hədəf alıb.

AZƏRTAC-ın Bərdəyə ezam olunmuş müxbiri xəbər verir ki, erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirir.