Ali təhsilin distant formada təşkili təhsilə əlçatanlığı artırır. Pandemiya dövründə biz gözləmədiyimiz anda distant təhsillə bağlı təcrübə əldə etdik.
×
Ali təhsilin distant formada təşkili təhsilə əlçatanlığı artırır. Pandemiya dövründə biz gözləmədiyimiz anda distant təhsillə bağlı təcrübə əldə etdik. Ancaq distant təhsil elə təşkil olunmalıdır ki, bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərməsin. Distant təhsil zamanı keyfiyyətə ciddi nəzarət olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Ali təhsildə keyfiyyət təminatı” mövzusunda təşkil olunan beynəlxalq forumda deyib.
Nazir bildirib ki, hazırda bununla bağlı qanunvericilik bazası müzakirə olunur. Gələcəkdə distant təhsil də “Ali təhsil haqqında” Qanunda öz əksini tapacaq.