Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Elxan Mikayılov: İstehlak edilən qidaların 80 faizi bitkilərdən əldə olunur

ID:

12.05.2022 15:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Bu il BMT tərəfindən ilk dəfə olaraq 12 may - Beynəlxalq Bitki Sağlamlığı Günü kimi elan edilib. Burada əsas məqsəd dünya ölkələrinin diqqətini bitki sağlamlığı məsələlərinə çəkmək və bununla ölkələrdə ərzaq təhlükəsizliyinin təmin olunması, eyni zamanda aclıqdan əziyyət çəkən xalqların ərzaq təminatı səviyyəsinin yüksəldilməsidir.